Dərc edildi: Baxış sayı: 1640
AUDI AG HAQQINDA
Audi AG ([ˈɑʊdɪ], audinin latıncadan tərcüməsi "qulaq as" deməkdir) - Volkswagen Group konserninin tərkibində olan Audi markası altında avtomobil istehsalında ixtisaslaşan alman avtomobiltikinti şirkətidir. Mənzil - qərargahı Inqolştadt (Almaniya) şəhərində yerləşir.
Şüarı - Vorsprung durch Technik (alm. "Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi təxminən 1 903 259 ədəd avtomobil təşkil edib. 2012-ci ildə alman avtomobil mütəxəssisləri ən yaxşı saxlanılan avtomobilləri sıraladı. Audi avto markasını ən yaxşı saxlanılan marka kimi təsdiqlədilər.
TARİXİ
Audi bugünkü forması DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union konserninin varisidir. Dəyişikliklər nəticəsində yalnız Audi markası saxlanıldı.
Wanderer markasının ilk avtomobili 1913-cü ildə meydana gəldi, Avqust Horx(August Horch) ilk xüsusi müəssisəsini (Horch & Co.) 1899-cu ildə təşkil etdi və kreditorlar onu işdən uzaqlaşdırdıqdan sonra 1909-cu ildə Audi Automobil-Werke təşkil edildi, "Audi avtomobil zavodu" kimi tərcümə olunur. 1910-cu ildə isə ilk avtomobil buraxıldı. Almancadan Horxun (alm. Horch) tərcüməsi "qulaq as" deməkdir. Yeni marka üçün ad seçərkən, Avqustun iş ortaqlarından birinin oğlu qurucunun adını latıncaya, yəni Audi - audire (lat. tərcümə - "qulaq asmaq") kimi tərcümə etməyi təklif etdi. 1921-ci ildə şirkət bir növ sıçrayış etdi. Həmin il sol sükanlı ilk alman avtomobili buraxıldı. Buna qədər şirkət yalnız mühərrik və asqılarla məşğul idilər, lakin indi idarəetmənin rahatlığına diqqət yetirməyə də başladı. 1928-ci ildə bu marka DKW motoistehsalçısı tərəfindən satın alındı və 1931-ci ildə ön ötürücülü avtomobil - DKW F1 meydana gəldi. 1929-cu ildə başlayan ümümdünya iqtisadi böhranı buna təsir etdi. Məsələ burasındadır ki, böyük mühərrik ölçüsü olan avtomobillərə ümumi pulsuzluq səbəbi ilə tələbat dayandı. Həmin vaxt Audi rəhbərliyi ön ötürücülü kompakt avtomobil hazırlamağı tapşırdı.
Dörd avtoistehsalçının birləşməsinə təkan verən bütün bu şirkətlərin kreditoru Sakson bələdiyyə bankı oldu. O, avtomobil sənayesindəki sərmayələrindən qorxdu. 29 iyun 1932-ci ildə Audi, Horch, Wanderer və DKW zavodları Auto Union AG-yə birləşdi. Onun simvolu hamıya tanış olan dörd halqa oldu. Belə birləşmədən sonra şirkət Almaniyada ikinci avtomobil istehsalçısı oldu. Audi, DKW, Horch və Wanderer markaları bir-biri ilə rəqabət aparmadılar. Məsələ burasındadır ki, hər bir markaya ayrıca bazar seqmenti ayrılmışdır: Audi - idman maşınları, DKW - motosiklet, Horch - böyük və zəngin işlənmiş avtomobillər, Wanderer isə - lüks sinfin orta seqmenti ilə məşğul olurdu. Şirkət həmçinin avtomobil yarışlarında da iştirak edirdi. Bir neçə il ərzində Auto Union-nun "Gümüş ox" modelləri dünyanın bir çox yarışlarında və çempionatlarında qalihb gəldilər. Eyni zamanda çox sayda dünya rekordları təyin edildi. 1940-cı ildə konsernin bütün mülki avtomobillərinin buraxılışı məhdudlaşdırıldı, birlik zavodları Horch 901 qərargah avtomobilinin istehsalına keçdilər.
II Dünya müharibəsi başa çatdıqdan sonra bütün sakson Auto Union zavodları müttəfiqlərin aviasiya hücumları nəticəsində məhv edildi, əməkdaşların bir çoxu və konsernin rəhbərliyi Sovet işğalı zonasın tərk etdilər. Zədələnməmiş bütün avadanlıq sökülüb çıxarıldı. Müharibənin bitməsinə qədər şirkətin rəhbərliyi Bavariya şəhərinə keçməyə müvəffəq oldu. 1945-ci ilin sonunda İnqolştadt şəhərində Auto Union ehtiyat hissələri anbarı yarandı. Amma məhsulların tam istehsalına hələ xeyli var idi. Yalnız 3 sentyabr 1949-cu ildə motosikllər və yük daşıyıcılarının istehsalı yenidən bərpa olundu. Şirkət yeni qeydiyyatdan keçdi və Auto Union GmbH şirkəti yarandı. 1950-ci ildə konsernin müharibədən sonra ilk sərnişin avtomobili - DKW F89 P Master Class işıq üzü gördü.
1958-ci ilin aprel ayında Daimler-Benz AG səhmdar şirkəti Auto Union-un 88% payını aldı, bir il sonra isə şirkəti tamamilə aldı. İnqolştadt şirkəti onun filialı oldu. Lakin Volkswagen Käfer modelinin populyarlığı digər azlitrajlı avtomobillərin satış həcminə və Auto Union konserninin maliyyə vəziyyətinə mənfi təsir göstərmişdir və 1964-cü ildə şirkət Volkswagen-in tərkibinə daxil olmuşdur. 1965-ci ildə Audi markası altında öz müstəqilliyini itirmiş bütün yeni modellərin istehsalı qərara alındı. İlk vaxtlar Volkswagen, Audinin öz avtomobilinin hazırlanması ilə məşğul olmasını istəmirdi. Onlar müəssisənin gücü hesabına Volkswagen Beetle modelini istehsal etməyə hazırlaşırdılar. Ancaq konstruksiya şöbəsinin keçmiş müdiri Lüdviq Kraus hər kəsdən gizli şəkildə bir model hazırlamağa qərar verdi. Sonda Volfsburqda bu barədə artıq hamı bildi, lakin müdaxilə etmədilər. Bu fəaliyyətin nəticəsi 1968-ci ildə yaranan Audi 100 orta sinif avtomobili oldu. 1969-cu ildə Volkswagenwerk AG səhmdar cəmiyyəti Auto Union GmbH və Nekkarzulmdan olan NSU Motorenwerke AG şirkətlərini birləşdirdi. Şirkət, baş qərargahı Nekkarzulmda olmaqla Audi NSU Auto Union AG adlandırıldı. 1974-cü ildə əhəmiyyətli hadisə baş verdi. Ferdinand Piyex(Ferdinand Piëch) dizayn şöbəsinin rəhbəri oldu.
İndi, illər sonra, bu dövrü "Piyex Erası" adlandırırlar. Məhz onun rəhbərliyi dövründə şirkət böyük nailiyyətlərə nail oldu. Bu illər ərzində beş silindrli mühərrik (1976-cı il), turbo-enjeksiyon texnologiyası (1979-cu il) və quattro ötürücü (1980-ci il) yarandı. Audi quattro, tam ötürücülü minik avtomobilinin yeni tarixi hesab etmək üçün qəbul edilən avtomobil oldu. 1982-1987-ci illərdə bu model ilə WRC çempionatının mərhələlərində 23 qələbə qazanıldı. 1985-ci ildən şirkət texniki kəşfləri davamlı artırmışdır. Bura tam sinklənmiş ban, mükəmməl aerodinamik dizayn, turboüfürmə benzin mühərriklərinin geniş istifadəsi, birbaşa çiləyici texnologiyası ilə yanacaq verən qənaətcil dizel mühərrikləri, alüminium ərintili ban, hibrid ötürücü, birbaşa çiləyici texnologiyası olan benzin mühərriklər, səkkiz və on iki silindrli güclü mühərriklər daxildir.
1993-cü ildə Audi Group yaradıldı, zamanla Macarıstan və Braziliya bölmələri, Britaniyanın Cosworth Technology, İtalyanın Automobili Lamborghini və İspaniyanın SEAT şirkətləri onun tərkibinə daxil oldular. Bu gün şirkət mövcud olan əksər avtomobil sahəsində dinamik şəkildə inkişaf edir. Bu, biznes seqmenti (A6), lüks (A8), idman və yarış avtomobilləri (Audi TT, A4 idman versiyası, R8 supercar), həmçinin Q7, Q5 və Q3 krossoverləri.
RƏQABƏT
Hər kəsə məlumdur ki, avtomobil bazarında Audinin əsas rəqibləri Mercedes-Benz və BMW şirkətləridir. Bir çox insanlar reklam müharibəsinin 2006-cı ildə BMW-nin Audi-ni 2006-cı ildə Cənubi Afrikada "İlin avtomobili" yarışındakı qələbəsinə görə təbrik etdiyi poster ilə başladığını düşünürlər. Lakin, bu belə deyil, 80-ci illərdə Audi şirkətinin yayımladığı reklam çarxından sonra başladı, bu reklam çarxında Audi 200 Mercedes-Benz E-Klasse (W124) və BMW 5 seriyası (E28) ətrafında "8" yazması göstərilib. Bir il sonra, BMW şirkəti özünün yeni BMW 5-seriyasını (E34) nümayiş etdirərək, cavab çarxı yayımladı. BMW reklam çarxında üç avtomobil yer almışdır, bütün avtomobillər örtüklə örtülü idilər. Birinci avtomobil BMW 5 seriyası, digər iki avtomobil isə dərhal əridilər və onların üzərində olan örtüklər yerə düşdü, bu Audi və Mercedes-Benzə işarə idi. Mercedes-Benz şirkəti Audi və BMW reklamlarına fikir verməməyi qərara aldı və bu günə kimi heç bir cavab verməyib. Audi və BMW arasında reklam müharibəsi bu günə qədər davam edir. Bu yaxınlarda Lexus reklam müharibəsinə qoşuldu.
2016-cı ilin yayında, Audi şirkəti 2017-ci ildə satışa çıxmış, ön ötürücülü A4 ULTRA qənaətcil versiyasını yaratdı. Avtomobil ən yaxın rəqibləri olan BMW 320i, Mercedes-Benz C300 və Lexus IS 200t-dən daha yaxşı göstəricilərə malikdir. 190 at güclü, ikilitrlik turbo mühərrik - şəhər arası 8.7 litr və trassda 6.4 litr sərf edir.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət