Slimfit
  1. AZƏRBAYCAN

ATV bu tənqidinə görə jurnalisti işdən qovub?

ATV bu tənqidinə görə jurnalisti işdən qovub?
Sakura

ATV bu tənqidinə görə jurnalisti işdən qovub?

Son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi sujetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şaiələr yayılır. Bildirirk ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil.

Kult.az xəbər verir ki, bu sözlər İlkin Xəlilovun gənclərdən ibarət (U-21) milli komandanın məğlubiyyətindən dolayı sərt tənqidi süjetiindən sonra sosial şəbəkədə yayılan məlumatlara cavab olaraq ATV-nin rəsmi açıqlamasında bildirilib. Açıqlamada qeyd edilib ki, öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jutnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib:

“ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcu olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik.

Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk.

Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirirlməməsi mühüm şərtlər sırasına daxildir”.

 

Xatırladaq ki, sosial şəbəkələrdə İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə işindən uzaqlaşdırıldığı haqda məlumat yayılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR