Slimfit
  1. TEXNOLOGİYA

“Atlas” robotu insan kimi yeriməyi “öyrənib”

“Atlas” robotu insan kimi yeriməyi “öyrənib”
Sakura

Florida İnstitutunun mütəxəssisləri “Boston Dynamics”in “Atlas” robotuna insan kimi yeriməyi öyrədiblər

Florida İnstitutunun mütəxəssisləri “Boston Dynamics”in “Atlas” robotuna insan kimi yeriməyi öyrədiblər.

robo-hunter.com saytının məlumatına görə, insanabənzər robot əvvəllər ayaqlarında dizlərini əyib müxtəlif səthlər üzrə hərəkət edirdi. İstehsalçılar onun yerişinin insana daha çox bənzədilməsi qərarına gəliblər.

Mütəxəssislər “Atlas” üçün yeni bədəni idarə etmə alqoritmini hazırlayıblar. O, dizləri sayəsində ayaqlarını düzəldərək düz  səth üzrə hərəkət edə bilir.

Sınaqlar zamanı “Atlas” şaquli vəziyyətdə dayanır və onun hərəkət etməsi üçün mütəxəssislər robotu kürəyindən azca itələyirlər. Avtomatlaşdırılan insanabənzər qurğu dizini əymədən ayaqlarından birini irəli ataraq tarazlığı qoruyur. Bu halda ikinci ayaq bir az əyilir. O, yenidən tarazlığını düzəldərək başlanğıc vəziyyətə qayıdır.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR