Slimfit
  1. MARAQLI

Atillanın Avstriyadakı heykəlində rəmzlər

Atillanın Avstriyadakı heykəlində rəmzlər
Sakura

Arxadakı bayraqlar, qurd-əjdaha ağızlı Hun-Türk bayraqları və nizənin ucunda Türk hilalı diqqət çəkir

Hun-Türk imperatoru Attilanın Avstriyadakı heykəli bütünlüklə onun xarakteri və yaşadığı dövrün rəmzlərini əks etdirir. Sol əlində məşhur qılıncı, sağ əlində həyat çiçəyi var. Türk ikonoqrafik duruşu sərgiləyir.

  Əfsanəyə görə, Marsın qılıncına Atilla sahib olub və onunla Qərbə yayılıb. Bu qılınca Tanrının qırmancı və ya Tanrının qılıncı deyilir.

  Hunlar və Göytürklər Mars və Antaresə xüsusi əhəmiyyət verirmiş. Döyüş zamanı bu iki döyüş nişanəsi və Tanrı qılıncına and içərmişlər.

  Atilla heykəlində başının ətrafı ataları kimi bir bez bantla sarılıb. Saçlar uzun və arxadan toplanıb. Sinəsinin üzərində Günəş ikonoqrafiyası var. Hun və Göytürk xaqanları taxta çıxdıqları zaman Günəş və Aydan güc alır, onların simvollarına da xüsusi hörmət göstərirdilər. Oğuz xaqan "Günəş bayrağımız olsun" deyərək Günəşə özəl bir məna yükləmişdi.

Ərlik kəməri, əlbəttə, unudulmayıb. Hun-Türk kəmərləri və tokkası onların rütbə işarələridir. Çəkməsi və ilankölgəsi bitkisi isə Orta Asiyaya xasdır.

Arxadakı bayraqlar, qurd-əjdaha ağızlı Hun-Türk bayraqları və nizənin ucunda Türk hilalı diqqət çəkir.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR