ATƏT sədri Azərbaycan - Ermənistan razılaşmasını alqışladı
“Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde tvitter hesabında yazıb.
“Etimadın qurulması üzrə bu tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - o qeyd edib.
Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti boyunca yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.
Welcome return of 15 detainees to today & handover to of info that will facilitate demining. Shows value of @OSCE and #OSCES2021SWE. These confidence building measures can help create atmosphere for talks under auspices of Minsk Co-Chairs. Happy to work with .
— Ann Linde (@AnnLinde) June 12, 2021
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət