Slimfit
  1. SİYASƏT

ATƏT PA prezidenti Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşməsi təşəbbüsü ilə çıxış edib

ATƏT PA prezidenti Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşməsi təşəbbüsü ilə çıxış edib
Sakura

ATƏT PA prezidenti Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşməsi təşəbbüsü ilə çıxış edib

“Təxminən bir ay əvvəl Almaniyanın Laynsvayler şəhərində ATƏT PA-nın prezidenti, baş katibi və büro üzvlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan parlamentinin üzvləri arasında görüş təşkil edilib”.

Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin üzvü Azay Quliyev deyib.

O bildirib ki, görüş parlamentarilər üçün təşkil olunmuş seminar çərçivəsində baş tutub: “Seminarda münaqişələrin həllində parlamentarilərin rolu müzakirə edilirdi və bizim regionla bağlı müəyyən təşəbbüslər vardı. Orada humanitar məsələlərlə bağlı razılıq əldə etdik. Buraya girovların “hamının-hamıya” prinsipləri ilə dəyişdirilməsi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsi və Ermənistan-Azərbaycan sülh platformasının fəaliyyətinin gücləndirilməsi kimi məsələlərə daxil idi. Təəssüflər olsun ki, Ermənistan parlamentinin üzvləri əvvəl razılaşsalar da, sonradan bu məsələ ilə bağlı konkret, müsbət cavab vermədilər. Düşünürəm ki, parlamentarilər istənilən halda dövlət başçılarının apardıqları müzakirələrə və danışıqlara dəstək verməlidir. Biz çox istərdik ki, bu problem sülh yolu ilə həll olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazisindən çıxarılsın”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, əvvəllər də ATƏT PA çərçivəsində prezident və baş katibin təşəbbüsü ilə müəyyən təmaslar qurulub, lakin Ermənistan tərəfi konstruktiv dialoqa və təşəbbüsə hazır olmadığı üçün bu müzakirələr konkret nəticə verməyib.

Azay Quliyev əlavə edib ki, hazırda ATƏT PA-nın prezidentinin müəyyən təşəbbüsləri var: “Bu təşəbbüslər sırasında Ermənistan və Azərbaycanın parlament spikerlərinin müəyyən vaxt çərçivəsində görüşü məsələsi də var. Bunun detallarına varmaq istəməzdim, amma deyə bilərəm ki, Azərbaycan tərəfi hər zaman konstruktiv və sağlam  müzakirələrə hazır olduğunu bəyan edib, biz indi də buna hazırıq Ancaq bu müzakirələr birtərəfli ola bilməz. Qarşı tərəf də bu müzakirələrə hazır olmalıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR