Slimfit
  1. SİYASƏT

ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur

ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur
Sakura

ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur

"Hazırkı koronavirus pandemiyasına qarşı mübarizə getdiyi bir vaxtda belə ATƏT məkanında bir sıra münaqişələr hələ də davam edir".

Report” xəbər verir ki, bu ATƏT Parlament Assambleyasının (PA) yaydığı bəyanatda deyilir.

Bəyanatda həmçinin dünyada atəşkəs elanına dair BMT-nin baş katibi Antonio Qutierreşin çağırışının dəstəkləndiyi qeyd olunur.

“Dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda bu istiqamətdəki səyləri çətinləşdirəcək silahlı münaqişələr bizə gərək olan ən axırıncı məsələdir. ATƏT regionuna Cənubi Qafqazda, Ukraynanın şərqində və başqa yerlərdəki münaqişələr təsir edir. Bu gün COVID-19-a qarşı birgə mübarizəyə səfərbər ola bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə dəvət edirəm”, - ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

Təşkilat rəhbəri həmçinin işğal altında olan Dağlıq Qarabağ və Abxaziyada bu yaxınlarda keçirilmiş “seçkilər”in “qanunsuz və ictimai səhiyyəyə əlavə təhlükə yarada” biləcək tədbir olduğunu da vurğulayıb.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR