ATƏT PA: Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər
“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını təhlükə altına ala bilər”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatda deyilir.
O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.
G.Tsereteli tərəfləri vəziyyətin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Bu gün təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət