ATƏT nümayəndələri növbədənkənar seçkilərə görə Bakıya gəldilər
Dekabrın 19-da Milli Məclisdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüş keçirilib.
Oxu.Az-ın məlumatına görə, səfər 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər.
Sonra görüşdə Əli Hüseynli əməkdaşlıq əlaqələrindən söz açıb.
“Bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcuddur.Hazırki Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir”,-deyə Ə.Hüseynli bildirib.
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqlayıb.
Bundan sonra Əli Hüseynli və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətiriblər.
Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət