Slimfit
  1. AZƏRBAYCAN

Atəşkəs günü yaralanan gizir - Qarabağ qazisi xatirələrini bölüşür

Atəşkəs günü yaralanan gizir - Qarabağ qazisi xatirələrini bölüşür
Sakura

Atəşkəs günü yaralanan gizir - Qarabağ qazisi xatirələrini bölüşür

25 il əvvəl Qarabağ cəbhəsində bağlanmış atəşkəs müqaviləsi üç il davam etmiş aktiv döyüşlərə son qoydu.

Həmin dönəmlərdə internetin olmaması, rabitənin düzgün şəkildə təşkil olunmamasına görə atəşkəs barədə məlumat ön cəbhəyə yalnız bir neçə gündən sonra gedib çatdı. Bu müddət ərzində təmas xəttində qızğın döyüşlər gedirdi, insanlar həlak olurdu. Atəşkəs müqaviləsinin bağlandığı gün, 12 may 1994-cü ildə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında gedən döyüşdə Azərbaycan ordusunun giziri Pyotr Kuvşinov ağır yaralanıb.

Oxu.Az-ın müsahibi keçirdiyi son döyüş və müharibə ilə zərif sülhün fərqi barədə danışıb.

Bakıda doğulmuş Pyotr Kuvşinov uzun illər “Qırmızı bayraq Xəzər flotiliyası donanması”nın idman klubunda su polosu ilə məşğul olub. “KKF”in heyətində çempion olub, SSRİ silahlı qüvvələri kubokuna sahib olub, ölkə çempionatında yüksək yerlər tutub, SSRİ xalqlarının spartakiadasında iştirak edib.

İdman sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. “Xeyirdə də, şərdə də bir yerdə” kəlamını əsas tutaraq, 1992-ci ilin avqust ayında könüllü olaraq Qarabağa – cəbhə xəttinə yollanıb.

“Atam və anam bu torpaqda doğulub, mənim övladlarım da burada dünyaya göz açıb. Sonuncu düşmən torpaqlarımızdan çıxana qədər döyüşəcəyəm”, - deyə Pyotr həyatının həmin çağında onun beynindən keçən fikirləri xatırlayır.

“General Zaur Rzayevin komandanlığı altında Şixov briqadasının (sonradan Azərbaycan Müdafiə Nazirliyinin 701 saylı briqadası olub) birinci taborunun tərkibində Ağdərəyə göndərilir. Orada keçirdikləri uğurlu əməliyyatdan sonra düşmən əks-hücuma keçir. Ehtiyatda olan hərbçilərdən ibarət nüfuzlu Şixov taborları Qarabağ cəbhə xəttində keçirilən əməliyyatlarda mühüm rol oynayıb.

Müharibə zamanı Kuvşinov taborun tərkibində yeddi döyüş zonasında – Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Ağdam, Tərtərdə olub. Murovdağ istiqamətində 35 yaşlı gizir bölük komandiri təyin olunur, mövqelər uğrunda şiddətli döyüşlərdə iştirak edir, çox sayda silahdaşını itirir. Pyotr Anatolyeviç özü də döyüşlərdə yaralanıb. Bu, 3 yanvar 1994-cü ilə təsadüf edir. Azərbaycan qoşunları ermənilərin işğal etdiyi Kəlbəcəri geri almaq üçün hücuma keçmişdi. Əməliyyat uğurlu başlasa da, sonradan qoşunlar böyük itkilər verdi.

“Əməliyyatda müavinim Musa Vəliyev həlak olmuş və ölümdən sonra “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılmışdı. Həmin döyüşlərdə çox uşaqlarım həlak oldu. Onları üzlərini tez-tez yuxuda görürəm”, - deyə Pyotr Kuvşinov bildirib.

Azərbaycanlı gizir sonuncu döyüşünü Tərtərdə keçirib.

“Axşam Ağdama çatmışdıq, səhər isə artıq hücum əməliyyatında iştirak edirdik. Hədəfimiz Seysulan kəndi idi. Kəndə daxil olub, düşmənin atıcı nöqtələrini susdurduq. Artıq bir qədər fasilə etməyə hazırlaşırdıq ki, düşmən bizi “Qrad” atəşinə tutmağa başladı”, - deyə Kuvşinov xatirələrini bölüşür.

“Cəhənnəm maşını”nın mərmilərindən biri Kuvşinovdan 2-3 metr aralıda düşür. Gözünü bir də Ağdam xəstəxanasında açıb. Məhz orada atəşkəs müqaviləsinin bağlandığını öyrənir.

“Müharibənin başa çatmasına sevinirdik. O vaxt hələ hər şeyin nə ilə nəticələnəcəyini bilmirdik. Erməniləri dinc yolla işğal olunmuş torpaqlarımızdan çıxmağa məcbur edəcəyimizə olan ümidlər gerçəkləşmədi”, - deyə Qarabağ qazisi bildirib.

Onurğa nayihəsindən aldığı ağır qəlpə yaraları üç ay müalicə olunub, sonradan Pyotr Anatolyeviç cəbhəyə qayıdıb:

“Xəstəxanadan çıxan zaman məndə soruşdular: Yüz faiz mayın 12-də yaralanmışdınız? Məsələ ondadır ki, mayın 12-dən sonra alınan yaralar “xidməti borcu yerinə yetirən zaman” alınan yaralar hesab olunurdu, mənim sənədimdə isə “Azərbaycanın ərazi bütövlüyünü qoruyan zaman yaralanıb”, - deyə qeyd olunub, bu isə özlüyündə müəyyən imtiyazlar verir”.

Cəbhəyə qayıtdıqdan sonra gizir Kuvşinov dəyişmiş reallıqlar və “atəşkəsin bəhrələri” ilə qarşılaşır.

“Həm bizimkilər, həm də ermənilər mövqelərə yaxın yerləri minalayırdı. Nəticədə tez-tez atışmalar baş verirdi. Bizdə atışmalar Ağdamın üzüm plantasiyalarında gedirdi. Ancaq atəşkəsin bağlanmasıdan sonra hərbi silah-sursatın qeydiyyatı aparılırdı, ona görə hər atılmış güllənin hesabatını verməli olurdun”, - deyə P.Kuvşinov xatırlayır.

1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından tərxis olunan keçmiş döyüşçü idmana qayıdır. Hazırda o, Ali Neft Məktəbində bədən tərbiyəsi kafedrasının müəllimidir. Su polosu üzrə idman ustasıdır. Pyotr Kuvşinov 2017-ci ilin İslam oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub.

Qarabağda atəşkəs müqaviləsi və faşizm üzərində Qələbə günü onun üçün xüsusi önəm kəsb edir.

Növbəti 9 May Qələbə gününü Qarabağ müharibəsi əlili Bakıda “Ölümsüz alay” aksiyasında qeyd edib. Aksiyada əlində Böyük Vətən Müharibəsi zamanı cəbhədə itkin düşmüş babasının portretini tutub.

“Mənim həyatımda çox rəmzi faktlar var. 1942-ci ildə babam cəbhəyə yollanıb, 50 il sonra isə - 1992-ci ildə mən vətənə olan borcumu ödəyəmə getmişəm. Yaralandığım gün – yəni atəşkəs günündə Seysulan kəndini ala bilməsək də, 22 il sonra - 2016-cı ilin aprel ayında Azərbaycan ordusu həmin yaşayış məntəqəsini qaytarmağa nail oldu”, - deyə P.Kuvşinov bildirib.

O, Azərbaycan ordusunun həmin zəfərinin axırıncı yox, axarıncı olacağına inanır. Müharibə əlili olmasına və yaşlanmasına rəğmən, Kuvşinov enerji ilə doludur, torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfəsini verməyi arzulayır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR