Atçılıq Federasiyası mövsümün son cıdır yarışını keçirib
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 3 qaçışdan ibarət cıdırda 3 yaş ingilis atları 2000 metr məsafədə, 4 yaş ingilis atları 2400 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2800 metr məsafədə qrup üzrə güclərini sınayıb.
3 yaş ingilis atlarının qaçışında jokey Əliyev Azər “Prince” ləqəbli atla 3-cü yerin (2:13.434), jokey Rüstəmov Yusif “Atilla” ləqəbli atla 2-ci yerin (2:13.072), jokey Nəzərov Hilal isə “Mavritaniya” ləqəbli atla 1-ci yerin (2:12.786) sahibi olublar.
4 yaş İngilis atlarının yarışında jokey Azayev Səxavət “Royal Miraj” ləqəbli atla 3-cü (2:39.700), jokey Tahirov Rauf “Şəfəqim” ləqəbli atla 2-ci (2:37.682), jokey Əliyev Azər isə “Butsefal” ləqəbli atla isə 1-ci yeri (2:36.521) turub.
4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının qaçışında jokey Tahirov Rauf “Qaradağ” ləqəbli atla 3 -cü yerin (3:45.783), jokey Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yerin (3:45.557), jokey Nəzərov Hilal isə “Dağlar” ləqəbli atla 1-ci yerin (3:45.304) sahibi olmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət