Slimfit
  1. DÜNYA

Atası Rusiya ordusunda döyüşür, oğlu Ukrayna tərəfdən həlak oldu

Atası Rusiya ordusunda döyüşür, oğlu Ukrayna tərəfdən həlak oldu
Sakura

Atası Rusiya ordusunda döyüşür, oğlu Ukrayna tərəfdən həlak oldu

Rusiya-Ukrayna müharibəsi təkcə iki qardaş xalqın qırğını kimi deyil, həm də ata və oğul arasında savaş kimi yaddaşlara yazılacaq.

Redaktor.az xəbər verir ki, müharibə belə bir acı taleyi Əsədovların taleyinə də yazıbmış. Müharibəyədək onlar Donbasda yaşayıblar, sonra isə nə yazıq ki, qarşı səngərlərə keçiblər. Müharibənin ən qızğın vaxtında ata-oğul bir-birini axtarıb, mesajlaşıb. Hətta atası mesajlarının birində onu Rusiyanın atom silahından istifadə etməklə hədələyib. Mesajlarında gülüş smaylikləri daha çoxdur. Müharibə isə göz yaşıdır…

photo_2023-04-14_11-31-51 (2).jpg (102 KB)

Rusiya tərəfi “Müqəddəs” ayaması ilə tanınan, 49-cu motoatıcı briqadanın yanğına dəstək batalyonunun komandiri Artur Əsədovun öldürülməsi xəbərini sevincək yayıb. 28 yaşlı döyüşçü müharibənin ilk günlərindən Ukrayna ordusu tərəfdən döyüşməyə başlayıb. Atası isə ona qarşı rusların tərəfində vuruşurdu, bunu da bilməyən yox idi…

Artur Əsədovun həlak olması haqda ukraynalı rejissor Lubomir Levitski öz “Facebook” səhifəsində bunları yazıb:

“Bu gün yaxın dostumuz və həmkarımız Artur Əsədovu itirdik… İnanılmaz dərəcədə mehriban və şən oğlan idi. Bir il idi ki, Ukraynanın müdafiəsində idi. Qəhərdən nə deyəcəyimi bilmirəm. Ən yaxşılar sıralarımızdan gedir. Artur, borcun ödənməz”.

photo_2023-04-14_11-31-51.jpg (124 KB)

Bildirilir ki, Arturun atası oğlu ilə yazışmalarda onun Xarkov vilayətinin İzyum şəhərində olduğunu öyrənəndə təəəcüblənib. Vatsap yazışmalarında xüsusi mübahisələri olmayıb. “Hər kəsin öz həqiqəti olduğuna” inanıb.

photo_2023-04-14_11-31-52.jpg (100 KB)

Maraqlıdır ki, Artur öləcəyi təqdirdə Ukrayna Qəhrəmanı adına layiq görülmək istəməyib. O, bir müddət əvvəl bu barədə İnstaqram səhifəsində bunları yazıb: “Müharibədə ölsəm, hamınızdan xahiş etmək istəyirəm ki, mənə Ukrayna Qəhrəmanı adı verilməsi üçün petisiya yaratmayın! Mən heç kimi incitmək istəmirəm. Mən başa düşürəm ki, bu, çox incə mövzudur. Döyüş meydanında olan hər kəs qəhrəmandır! Ancaq siz başa düşməlisiniz ki, Ukrayna Qəhrəmanı ən yüksək dövlət mükafatıdır və bu, hər kəsə qismət ola bilməz. Müharibədə ölmək qəhrəmanlıq deyil. Bu, hər bir əsgərin hazır olması lazım olan rütbədir” deyə, Artur yazıb.

Artur Əsədov 2022-ci ilin payızında evlənib, təbii ki, müharibə səbəbindən evdə çox nadir hallarda olurdu. Müharibədən sonra Artur prodüser olmaq, film çəkmək istəyirdi. Onun öz həyatı indi bir film ssenarisi ola bilər (Musavat).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR