Dərc edildi: Baxış sayı: 1051
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Bu gün şəhid zabitimiz leytenant Əkbərli Hüseyn Zakir oğlunun 25 yaşı təntənəli şəkildə qeyd olunub. Moderator.az-a danışan şəhidimizin qardaşı Salaman Əkbərli belə gündə onlara dəstək olan hər kəsə minnətdar olduğunu bildirib:
“Bu gün qardaşım Hüseynin 25 yaşı tamam oldu. Hüseyn ötən il iyulun 30-da cəbhə xəttində ermənilərin atəşkəsi pozması nəticəsində şəhid oldu. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edildi. Doğum günüylə bağlı təşkil edilən tədbirə görə bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bir il ərzində bizi Qarabağ qaziləri, hərbçilər heç vaxt tək qoymayıblar. Hüseyn məndən kiçik olsa da, bizim üçün ata əvəzi idi. Biz atamızı itirəndə onun beş yaşı var idi. İyulun 30-da il mərasimi təşkil olunacaq. Həmin gün də vətənpərvər insanların yolunu gözləyirik”.
Xatırladaq ki, leytenant Hüseyn Əkbərli 1993-cü ilin bu günü Cəlilabad rayon Eçara kəndində anadan olub. Şəhidimiz 2017ci il iyulun 30-da doğulduğu kənddə böyük izdihamla dəfn edilib.
Mənbə: Moderator.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət