Slimfit
  1. CƏMİYYƏT

Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı

Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı
Sakura

Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı

Aşurada qanvermə aksiyasına qoşulan 49 nəfərdə sifilis aşkar olunub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, xəstələrə yardım məqsədilə könüllü qanvermə zamanı 169 nəfərdə virus aşkar olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə 5 min 809 nəfər könüllü qan verib. 

Qeyd edək ki, aksiyalarda könüllü qan verən 5 min 809 nəfərdən 2 min 614.1 litr qan tədarük olunub. Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb.

44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR