Slimfit
  1. KOSMOS

Astronomlardan canlı həyatın olduğu ehtimal edilən planetlərin siyahısı

Astronomlardan canlı həyatın olduğu ehtimal edilən planetlərin siyahısı
Sakura

Astronomlardan canlı həyatın olduğu ehtimal edilən planetlərin siyahısı

Astronomlar bu yaxınlarda kəşf edilən yüzlərlə ekzoplaneti yenidən tədqiq ediblər.

Ölkə.Az” xəbər verir ki, alimlər canlı həyatın yaranması üçün bütün şərtər olan planetlərin siyahısını tutublar. Siyahı “Science Advances” jurnalında dərc edilib.

Kembric universitetinin alimi Pol Rimmer deyib: “Yerin əkizi olan planetlər üçün ən uyğun namizədləri seçdik. Hazırda biz Kainatda tək olub-olmadığımza aid sual ilə məşğul ola bilərik”.

Son illər ərzində “Kepler”, “CoRoT” və digər teleskoplar vasitəsilə 4 mindən çox ekzoplanet kəşf edilib. Onların bir çoxu qaynar yupiterlərə aiddir. Amma yeni üsul daha çox kiçik planet tapmağa imkan verir. Yerin əkizlərinin sayının artması alimləri onlardan hansındasa həyatın olması sualı ilə qarşı-qarşıya qoyub.

Müəyyən teleskoplar bu planetlərin fotolarını əldə etməyə, atmosferin və üst qatın tərkibini öyrənməyə imkan verir. Bu səbəbdən alimlər oralarda canlı həyatın olub-olmadığını araşdırırlar.

Rimmer və komandası canlı həyatın yaranma ehtimalının yüksək olduğu planetlərin siyahısını hazırlayıb. Onlar arasında iki il əvvəl kəşf edilmiş “TRAPPİST-1” ULDUZU DA VAR. Eyni zamanda “LHS 1140b” və “Kepler-186f” planetləri də bu siyahıya əlavə edilib.
Bundan başqa “Kepler-452” və “Kepler-62” sistemləri də Yerə çox bənzərdirlər.

Hikmət Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR