Slimfit
  1. KOSMOS

Astronomlar şəkər pambığının sıxlığına malik planet kəşf ediblər

Astronomlar şəkər pambığının sıxlığına malik planet kəşf ediblər
Sakura

Astronomlar şəkər pambığının sıxlığına malik planet kəşf ediblər

Elm adamları Yer planetindən 1 232 işıq ili uzaqlıqda şəkər pambığı sıxlığına malik ekzoplanet (WASP-193b) kəşf ediblər.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Avropa alimlərinin hələ də nəşrə hazırlanan, lakin artıq “arXiv” onlayn preprint kitabxanasında mövcud olan məqaləsində nəql edilib.

Belçikanın Lyej Universitetinin astronomu Xalid Barkau WASP-193b kimi ekzoplanetlərin nadir olduğunu deyir. Bundan əlavə, onlar bizə planetlərin təkamülünü daha yaxşı anlamağa kömək edə bilər.

Öz ulduzlarının yaxınlığında yerləşən qaz nəhəngləri planet sistemlərinin inkişafını araşdırmağa yardımçı olur. Ola bilsin onlar başqa yerlərdə formalaşıb içəri köçüblər.

WASP-193b WASP-193 adlı günəşvari ulduzun ətrafında fırlanan ekzoplanetdir. Bu ulduz Günəşin kütləsindən təxminən 1,1 dəfə və radiusundan 1,2 dəfə böyükdür, həmçinin temperatur və yaş baxımından ona çox yaxındır.

Bununla belə, WASP-193b öz ulduzunun ətrafında Günəş sistemindəki hər hansı planetdən daha yaxın dövr edir. Belə ki, o, illik dövriyyəni 6,25 günə başa vurur. Barkau və həmkarları planetin sıxlığını hesablayaraq kütləsi və ölçüsünü ortaya çıxara biliblər.

Bu sıxlıq hər kub santimetr üçün cəmi 0,059 qram idi. Müqayisə üçün: Yerin orta sıxlığı 5,51 q/sm³; “yumşaq” Yupiter - 1,33 q/sm³, butulka tıxacı - 0,2 q/sm³ və şəkər pambığı - 0,05 q/sm³. Beləliklə, WASP-193b tıxacdan bir neçə dəfə yüngül və şəkər pambığından bir qədər sıx olduğu ortaya çıxıb. Bununla belə, bu hələ yeni rekord deyil. Ən aşağı sıxlığa malik planetlər Kepler-51 sistemindir, onlardan ikisinin sıxlığı daha da aşağıdır – təxminən 0,03 q/sm³.

Ekstremal xüsusiyyətlərə malik planetlər nadirdir və istisnalar olaraq qalır. Bununla belə, onlar günəş sistemimizin mövcud olduğu ümumi “qalaktik kontekst”i anlamağa, müxtəlif xassələrə malik dünyaların yaranmasına səbəb olan prosesləri daha yaxşı başa düşməyə imkan verir. Belə ki, belə “yumşaq” planetlərin qaz nəhənginin öz ulduzuna həddən artıq yaxınlaşması sonucunda yarana biləcəyi güman edilir ki, bu da onun xarici qabıqlarının qızmasına və “şişirməsinə” səbəb olur.

Digər tərəfdən, belə mexanizm “yumşaq” planetlərin uzun müddət mövcud olmasına imkan vermir. Hissəciklərin və radiasiyanın axını on milyonlarla il ərzində onların atmosferinin aşınmasına yol açmalıdır. Buna görə nəzəri olaraq, WASP-193b kimi dünyalar yalnız çox gənc ulduzlarda tapılmalıdır, WASP-193 isə artıq təxminən altı milyard yaşındadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR