Slimfit
  1. ELM

Astronomiya tarixində daha bir sirli radioparıltı qeydə alınıb

Astronomiya tarixində daha bir sirli radioparıltı qeydə alınıb
Sakura

Astronomiya tarixində daha bir sirli radioparıltı qeydə alınıb

Astronomlar kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar.

Kosmosun müşahidəsinin tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının – bir millisaniyə ərzində Günəşin 100 il müddətində ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat https://www.astronews.ru/ saytında yer alıb. Məlumatda bildirilir ki, daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıltıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıltı isə aid olduğu sinfin böyük əksəriyyəti kimi təkdir.

Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli Assosiasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannister “Bu sürətli radioparıltıların öyrənilməsində böyük addımdır”, - deyib.

Yeni parıltıya FRB 180924 adı verilib.

FRB 121102 və FRB 180924 radioparıltılarının müqayisəsi birincinin öz qalaktikasının mərkəzi qara dəliyinin ətrafında, ikincinin isə öz qalaktikasının mərkəzindən kənarda baş verdiyini göstərib.

Müəlliflər bu tədqiqatla bağlı alınan məlumatların sürətli radioparıltıların təbiətini başa düşməyə imkan verəcəyini bildirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR