Slimfit
  1. KOSMOS

Astronavt Kristina Kuk tək başına ən uzun müddət kosmos uçuşu edən qadın olacaq

Astronavt Kristina Kuk tək başına ən uzun müddət kosmos uçuşu edən qadın olacaq
Sakura

Astronavt Kristina Kuk tək başına ən uzun müddət kosmos uçuşu edən qadın olacaq

NASA astronavtı Kristina Kuk, tarix yazacaq. O, 288 günlə, ən uzun müddət tək başına kosmos uçuşu edən qadın olaraq tarixə düşəcək. Astronavt, gələcək fevral ayında Dünyaya döndüyündə 300 günün üzərində kosmosda qalmış olacaq.

NASA astronavtı Kristina Kuk, 28 dekabr 2019 tarixi etibarilə yeni bir rekord qırır. Günün sonunda Kristina Kuk, Beynəlxalq Kosmos Stansiyasıda (BKS) tək başına ən uzun kosmos uçuşu edən qadın olacaq. Bununla da o, keçmiş stansiya komandiri Peqqi Uitsonun rekordunu da yeniləyəcək.

BKS-də fəaliyyəti boyunca 4 dəfə kosmosa çıxan Kristina Kuk, 12 oktyabrda həmkarı və ən yaxşı dostu Cesika Meir ilə birlikdə hamısı qadınlardan ibarət olan ilk kosmos gedişini də reallaşdırdı. Daha əvvəl 15 qadın kosmos gedişi reallaşdırmışdı, ancaq bu nümunələrdə qadın astronavtlara kişi həmkarları yoldaşlıq etmişdi.

Kristina Kukun, yenə Meir ilə birlikdə, gələn yanvar ayında da iki dəfə açıq kosmosa çıxması planlaşdırılır. Bu çıxışlar stansiyanın günəş enerjisi sistemlərinə yeni günəş enerjisi batareyalarının yerləşdirilməsini tamamlamaq üçün ediləcək.

6 fevralda Dünyaya dönməsi planlaşdırılan Kristina Kuk, təqaüdçü astronavt Mark Kellin BKS-də keçirdiyi 438 gündəlik kosmos uçuşundan yalnız 12 gün geridə qalacaq. Peqqi Uitson, 5 ayrı uçuşda cəmi 665 gün kosmosda qalmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR