Astma üçün dünyada analoqu olmayan preparat hazırlandı
Rusiyalı alimlər astmanın əsas mexanizmlərindən birini - bronxların xroniki iltihabını bloklayan preparat hazırlayıblar. FaktXeber.com-un məlumatına görə, bu barədə İzvestiya xəbər verib.
Bildirilir ki, Federal Tibbi Bioloji Agentliyin İmmunologiya İnstitutunun mütəxəssisləri pasientlərə boğulma pristuplarından qaçınmağa imkan verən vasitə ixtira edib. Alimlər vurğulayırlar ki, dərman təkcə simptomlarla mübarizə aparmayacaq, həmçinin xəstəliyin yaranma səbəbinə təsir göstərəcək.
Preparat artıq siçanlar üzərində yoxlanılıb və müsbət nəticələr əldə olunub.
Qeyd edək ki, ABŞ və Böyük Britaniyada buna uyğun preparatlar olsa da, məhz İL-4 aşağı tənəffüs yollarının iltihabının inkişafında əsas rol oynayır.
Mütəxəssislər preparata tələbatın çox olacağını və pasientlər üçün effektiv olacağını düşünür.
Tomsk Dövlət Universitetinin professoru, həkim immunoloq-allerqoloq Olqa Fedorovanın sözlərinə görə, bu dərmanın dünyada analoqu yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət