Slimfit
  1. AZƏRBAYCAN

Astarada Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş beş fərdi yaşayış evi istifadəyə verilib

Astarada Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş beş fərdi yaşayış evi istifadəyə verilib
Sakura

Astarada Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş beş fərdi yaşayış evi istifadəyə verilib

 Dekabrın 22-də Astara rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş beş fərdi yaşayış evi istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ müharibəsi əlilləri - Astara şəhər sakinləri Loğman Bağırov və Musa Novruzov, Təngərüd kənd sakinləri Rafiq Ağacanov və Əminağa Əliyev, Şüvi kənd sakini Ədalət Rüstəmov üçün müasir üslubda inşa edilmiş üçotaqlı fərdi yaşayış evlərində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Yeni yaşayış evlərinin açılış mərasimlərində çıxış edənlər Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş əminliyinin dayandığını vurğulayaraq, ölkəmizdə həssas əhali qrupları ilə bağlı mühüm sosial proqramların ildən-ilə genişləndirildiyini diqqətə çatdırıblar.

Qeyd olunub ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər ölkəmizdə aparılan güclü sosial siyasətin mühüm tərkib hissəsidir. Bu məqsədlə icra olunan proqramlardan biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır.

Diqqətə çatdırılıb ki, bu kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə 934 mənzilin və fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Onların böyük əksəriyyəti artıq istifadəyə verilib.

Yeni fərdi yaşayış evi ilə təmin olunan Qarabağ müharibəsi əlilləri onların sosial təminatının gücləndirilməsinə göstərilən diqqət və qayğıya, Yeni il ərəfəsində onlara ərmağan edilən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR