Slimfit
  1. MEDİA

ASTARA RTŞ-YƏ MƏKTUB

ASTARA RTŞ-YƏ MƏKTUB
Sakura

ASTARA RTŞ-YƏ MƏKTUB

 

Hörmətli redaksiya! Bu yazını bir etiraf kimi də, şikayət kimi də qəbul edə bilərsiz, ya da sadəcə üstündən keçə də bilərsiz. Lakin, hər halda yəqin ki, mətbuatda çox nadir görünən tipdə olan bu yazı bir vətəndaş və keçmiş jurnalist olaraq mənim-Leman Adıgözəlovanın səmimi bir məktubudur.

Bu məktubu, yaxud bu məqaləni yazıb-yazmamaq barədə uzun müddət qərar verə bilmədim. Əslində, baş verənlər barədə vaxtında, yəni hadisələrdən dərhal sonra yazılsaydı, bəlkə, daha təsirli, daha məqbul olardı, amma neyləmək olar, mən özümdə psixoloji hazırlığı yalnız indi tapa bildim. Etiraf edim ki, bir az çəkindim, çünki bunu yazandan sonra, mənə hansısa təzyiqlər ola bilərdi, axı nəticədə mövzu bəhsi olan məhz məmurdur, onun yaramazlıqlarıdır. Digər tərəfdən isə düşündüm ki, bəlkə də, bununla mən hardasa özümü də pis formada tanıtdırmış oluram, baxmayaraq ki, mənim elə də bir suçum, qəbahətim yoxdur.

Və nəhayət, həftələr keçəndən sonra, bəzi hadisələr səbəb oldu ki, bu barədə yazmaq qərarı verim.

Söhbətə hardan və necə başlayacağımı bilmirəm. Amma, yenə də cəhd edəcəm.

Deməli belə. Aylar öncə, feysbuk sosial şəbəkəsində bir şəxslə təsadüfən tanış oldum. Əslində deyim ki, çox aktiv bir istifadəçi deyiləm, sadəcə olaraq, həmin şəxsin təhsil idarəsində çalışması diqqətimi cəlb etdiyi üçün dostluğa razılaşdım. Çünki, hazırda başqa sahədə çalışsam da, gələcəkdə təhsil sahəsində də işləmək planlarım var deyə bu barədə nələrisə ondan soruşa bilərdim. Və həmin şəxsə, əslində, sırf bu cəhətdən önəm vermişdim. Düzdür, məndə hardasa səmimi bir şəxs təəssüratı yaratması da təsirli olmuşdu. Onun bəzi ilginc davranışlarını görsəm də, çox da fikir vermirdim. (Bu barədə bir qədər sonra...)

Nəysə, onunla ünsiyyətdən sonra aydın oldu ki, Astara Rayon Təhsil İdarəsinin baş məsləhətçisidir. Əslində, bu, çox da önəmli olmaya bilərdi, lakin dostluğumda olan təhsil eksperti Emin Aydın Mirzəlinin Astara təhsili barədə təzəlikcə etdiyi bir paylaşım diqqətimi cəlb etmişdi. Eyni zamanda “Astaranın Gənc Alimləri” səhifəsindəki paylaşımları da təzəlikcə izlədiyim üçün qeyri-ixtiyari olaraq, “Astara və “təhsil” sözləri mənimçün maraq kəsb etmişdi. Burda bir etirafı da edim ki, savadsız biri olmasam da, insanlara çox tez güvənə bilirəm, xüsusən də ünsiyyətim çox olan insanlara asanlıqla bel bağlayıram. Bu da hardasa müəyyən yaşanmışlarla, travmalarımla bağlıdır deyə düşünürəm.

Nəysə, bu insanla, yəni Astara Təhsil İdarəsinin baş məsləhətçisi ilə aramızdakı münasibət barədə ətraflı danışmağa məncə ehtiyac yoxdur, zatən elə bir ciddi yaxınlıq olmayıbdır, onun münasibət təklifinə sona qədər tərəddüdlə yanaşmışam. Amma, onun məndən hansı gözləntilərdə olduğunu yalnız sonralar anlamağa başladım...

Günlərin bir günü, bu şəxs, mənim jurnalist dostlarımın çox olduğunu deyib, ilginc bir istəkdə bulundu. Mənə dedi ki, təhsil eksperti Emin Aydın Mirzəli və onun ətrafındakılar barədə mənə məlumat lazımdır, hər şeylərini bilmək istəyirəm. (Əslində deyim ki, mənim, həqiqətən də jurnalist dostlarım var və içlərindən biri uzun illərdir ki, mətbuatda çalışır və Astara ilə yaxından əlaqəlidir). Məndən bunu istəyərkən niyə istədiyini belə izah etmişdi ki, “Astaranın Gənc Alimləri” səhifəsində Astara və xüsusən də təhsil barədə haqsız məqalələr yer alır, odur ki, həmin səhifənin idarəçilərini və Emin Aydın Mirzəlinin əsil adını, kimliyini mütləq bilməlidir.

Bundan sonrası barədə məncə danışmağa elə də ehtiyac yoxdur. Bəli, etiraf edirəm ki, mən onun bu istəyini hardasa yerinə yetirmişəm... Amma... Məncə bu nüansdan daha vacib olan məsələ barədə danışmaq lazımdır. O da budur ki, bir neçə aylıq tanışlığımız zamanı həmin şəxs-sözün əsil mənasında şok etiraflarda bulundu, direktor işlədiyi dövrdə yol verdiyi özbaşınalıqlardan danışdı. Düzdür, sonradan mən jurnalist tanışım vasitəsilə öyrəndim ki, əslində, onun etiraf etdikləri, aysberqin sadəcə görünən üzüdür, qanunsuzluqları bundan qat-qat çoxdur. Lakin, etdiyi özbaşınalıqları- fəxrlə, “qəhrəmanlıq etmiş” kimi anladması, onun nə qədər yaramaz və psixoz birisi olmasını göstərməsi baxımından önəmli detaldır.

Hörmətli redaksiya, həmin şəxsin kimliyini, etirafları, skrinşotları və yazışmaları sonda sizə təqdim edəcəm.

Qeyd edim ki, Astara təhsili ilə birbaşa ilgilənən “Təhsil Araşdırmalar Mərkəzi”nin Astara üzrə koordinatoru Emin Aydınla bu barədə danışmışam və mənə tövsiyyə etdiyinə uyğun hərəkət etməyə qərar vermişəm. Belə ki, öncə bu məsələ barədə Astara Təhsil Şöbəsi rəhbəri Rəşad Həsənovla danışmaq istədim. Feysbukda ona dostluq göndərdim, qəbul etdikdən sonra, baş məsləhətçisinin necə birisi olmasını ona danışdım və mənimlə olan yazışmalarını göndərdim. Lakin, Rəşad bəyin verdiyi reaksiya, çox əcaib və gülməli oldu-mənə məhkəməyə müraciət etməyi tövsiyyə etdi (!).... Və dərhal da blok etdi... (!!)

Yəni, “şərini məndən uzaq elə!”...

Sonra mən eyni yazını Astara Təhsil Şöbəsinin rəsmi feysbuk səhifəsində paylaşdım. Onlayn olan kimi, dərhal sildilər. Daha sonra bu dəfə “xal vermə” bölməsində, şöbənin fəaliyyətinə qiymətimi verdim və yazımı yenə paylaşdım... Onu da sildilər...

Necə deyərlər, no komment... Bu da Astara Təhsil İdarəsinin səhifəsi, rəhbəri və baş məsləhətçisi... Məhz bütün astaralıların və bütün ölkə ictimaiyyətinin bu hadisəyə, bu özbaşınalıqlara adekvat qiymət verə bilməsi və Astara təhsilinin kimlərin əlində olduğunu görməsi üçün qərara gəldim ki, bunları mətbuata göndərim.

Buraya qədər yazdıqlarım, əslində, elə mətbuat üçün açıqlama və girişdir. Bu hissəni yayınlamaya da bilərsiz. Əsas olaraq, Astara RTŞ rəhbəri Rəşad Həsənovun rəsmi profilinə yazdığım və “məhkəməyə müraciət et” şəklində cavab verdikdən sonra dərhal blok olunmağıma, həmçinin Rayon Təhsil Şöbəsinin rəsmi səhifəsindən də 2 dəfə silinməmə və uzaqlaşdırılmama səbəb olan həmin o məşum yazı və məktubu, düşünürəm ki, ictimailəşdirməkdən başqa çarə yoxdur. Daha doğrusu, Rəşad Həsənova mətbuat vasitəsilə müraciət etməkdən başqa çarəm qalmayıbdır. Əminəm ki, məhz medya vasitəsilə edilən müraciətin nəticəsi olacaqdır və rayon və ölkə ictimiyyəti məsələyə qiymət verəcəkdir...

Məqaləni, sadəcə, bu adla da verə bilərsiz: “Vətəndaş Leman Adıgözəlovanın Astara Təhsil Şöbəsinin rəhbərinə məktubu”

 

P.S Hörmətli redaksiya! İndisə sözlərimin sübutunu sizə təqdim edirəm.

Sözügedən şəxsin, yəni Astara RTŞ baş məsləhətçisinin adı Elçin Mirzəzadədir. Sonradan öyrəndim ki, yutubda onunla bağlı, hətta səsyazısı da var imiş. (https://www.youtube.com/watch?v=7T-sFVrB7tE )

Bu şəxsin barəsində bildiklərim, jurnalist dostum vasitəsilə öyrəndiklərim olduqca çoxdur və digər faktları da sizə sonrakı yazıda təqdim edəcəm. İndisə mənimlə olan yazışmaları və skrinşotları, həmçinin RTŞ rəhbəri Rəşad Həsənova və ASTARA RTŞ-nin səhifəsinə yazdıqlarımı sizə təqdim edirəm. İstəsəniz bunları da yayınlaya bilərsiz. (Lazım olmayan yerləri, kontaktları bulanıqlaşdırma işini bacarmadığım üçün şəkilləri olduğu kimi göndərəcəm) Sözün açığı, mən şəxsən, ilk yazıda Elçin Mirzəzadənin adını açıqlamamağı, bunu məhz ikinci yazıda etməyi daha uyğun hesab etsəm də, hər halda qərar sizindir.

Bu yazışma, göründüyü kimi, Elçin Mirzəzadənin mənə “sponsorluq” təklifini ifadə etdiyi kimi, həm də özünü hər şeyi etməyə səlahiyyətli bilmə meylini göstərir.

Bu və altdakı yazışmada isə mənə etiraf edir ki, “şirinliy”ə, yəni rüşvətə məqbul baxır və işlədiyi idarə üçün də bu hal keçərlidir.

 

Bu yazışmada isə direktor olduğu dövrdə işçiləri qovmaqdan bəhs edərkən, onların “torbasını necə tikdiyini” izah edir və deyir ki, onları faktiki olaraq cinayətkar çıxarıram.

Bu isə Rəşad Həsənovun dostluğumu qəbul etməsindən sonra ona yazdığım və anormal cavab aldığım məktubdur. Əlbəttə, dərhal blok etməyi də unutmadı....

Bu isə Astara RTŞ-nin rəsmi səhifəsinə yazdığım və silinəcəyini bildiyimçün dərhal skrin etdiyim yazıdır.

Qeyd: Astara RTŞ baş məsləhətçisi Elçin Mirzəzadə ilə olan yazışmanın digər dramatik hissələrini isə növbəti yazıda göndərəcəm.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR