Slimfit
  1. DÜNYA

AŞPA Prezidenti, Avropa Şurasının Baş katibi və AŞ Nazirlər Komitəsinin sədri Belarusla bağlı birgə bəyanat yayıblar

AŞPA Prezidenti, Avropa Şurasının Baş katibi və AŞ Nazirlər Komitəsinin sədri Belarusla bağlı birgə bəyanat yayıblar
Sakura

AŞPA Prezidenti, Avropa Şurasının Baş katibi və AŞ Nazirlər Komitəsinin sədri Belarusla bağlı birgə bəyanat yayıblar

AŞPA Prezidenti Rik Daems, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç və Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Yunanıstan Xarici İşlər naziri Miltiadis Varvitsiotis Belarusdakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Ens.az Apa.Az-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın saytında bildirilib.
Birgə bəyanatda Avropa Şurasının üç lideri Belarus hakimiyyətini və bütün aidiyyəti tərəfləri hazırkı böhrandan sülh yolu ilə çıxışı təmin etmək və bütün Belarus vətəndaşlarına fayda gətirən zəruri islahatlara başlamaq üçün vətəndaş cəmiyyətini tam iştirakı ilə təcili olaraq geniş əsaslı və əhatəli milli dialoqa başlamağa çağırıblar. 

Bildirilib ki, Belarus Avropa Şurasının üzvü olmasa da, ötən illər ərzində Avropa Şurasının 12 müqavilə və protokoluna imza atıb və ratifikasiya edib: "Hamımız arzu edirik ki, bir gün Belarus Avropa Şurasının tamhüquqlu üzvü olmaqla ümumi dəyərləri olan Avropa ailəsinə qoşulsun. Avropa Şurası Belarus qanunvericiliyinin Avropa demokratik standartlarına uyğunlaşdırılmasına kömək etmək üçün Fəaliyyət Planının icrası üzərində işləməyə hazırdır.

Avropa Şurası öz təcrübəsindən istifadə edərək digər beynəlxalq tərəfdaşlarla birgə milli dialoqa dəstək verməyə hazırdır. Xüsusilə, biz lazımi konstitusional islahatları dəstəkləməyə hazırıq", birgə bəyanatda qeyd olunub.

Avropa Şurası liderləri bütün həbs olunan etirazçıların dərhal sərbəst buraxılması, zorakılığın dayandırılması və hüquq-mühafizə orqanlarının vəhşilik aktlarının təcili və şəffaf şəkildə araşdırılması çağırışı ediblər.  "Legitimlik repressiyalardan yarana bilməz. O, sərbəst, ədalətli və qanunun aliliyinə əsaslanan seçki prosesindən irəli gəlir", liderlər bəyanatda vurğulayıblar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR