Slimfit
  1. SİYASƏT

AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov

AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov
Sakura

AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mövcudluğu məqsədəuyğun deyil.

Bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Bir millət vəkili kimi AŞPA-dan çıxıb-çıxmamaqla bağlı fikir söyləmək mənim səlahiyyətimdə deyil. Ancaq öz fikrimi deyə bilərəm ki, AŞPA iflasa uğrayan bir təşkilatdır və Azərbaycanın orada olması məqsədəuyğun deyil. Buna görə də nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırdıq. Hesab edirəm ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü dinləniləcək və nəzərə alınacaq”, - deputat vurğulayıb.

Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR