Slimfit
  1. AZƏRBAYCAN

“Aslanın erkəyi dişisi olmaz” – Azərbaycanda ilk qadın avtomat sürət qutusu ustası

“Aslanın erkəyi dişisi olmaz” – Azərbaycanda ilk qadın avtomat sürət qutusu ustası
Sakura

“Aslanın erkəyi dişisi olmaz” – Azərbaycanda ilk qadın avtomat sürət qutusu ustası

Azərbaycanda avtomobillərin təmiri həmişə kişi işi hesab olunub. Amma Nüşabə Şərifova bu stereotipi qırmağa müvəffəq olub. Sputnik Azərbaycan da onun çalışdığı emalatxanaya baş çəkmək qərarına gəlib.

Nüşabə Şərifova həmişə avtomobillərlə həvəslə və yaxından maraqlanıb. Özü də sürücü olduğuna görə usta yanına tez-tez getməli olub. Bir dəfə avtomobilində yaranan nasazlığa görə əziyyət çəkən Nüşabə Xanım özü usta olmaq qərarına gəlib.

İlk dəfə mühərrik ustasına müraciət edib və onun yanında bir il yarım çalışıb. Əvvəlcə usta onu qadın olduğu üçün işə götürməkdə tərəddüd edib, amma qəhrəmanımız əzmkarlığı ilə onu peşman etməyib.

Daha sonra isə Nüşabə xanım öz gücünü avtomat sürət qutusu ilə sınamaq qərarına gəlib və Sərdar Allahverdiyevin yanına gəlib. Sərdar isə Nüşabə xanıma şans verib və ona da hər kəsə qarşı olduğu kimi tələbkar olub, kişi ustalarla onun arasında fərq qoymayıb.

“Sərdar ustanın yanına gələndə fikrim bir ay yarım işləyib getmək idi. Amma gördüyünüz kimi, altı ildir “bir ay yarım” hələ tamam olmayıb. Özümü bu işdə görürəm və yarımçıq buraxmaq fikrim yoxdur”, deyə usta bizimlə bölüşüb.

Müştərilərinin 80 faizi kişidir, amma qadınlar məhz onun adını deyib gəlirlər, çünki özlərini qadın ustanın yanında rahat hiss edirlər. Və onun arzusu da məhz qadınlar üçün xüsusi avtomobil servisi açmaqdır. Biz isə ona bu işdə uğurlar arzulamaq istərdik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR