Slimfit
  1. İQTİSADİYYAT

Asiya İnkişaf Bankı Azərbaycana bir milyon dollarlıq texniki yardım göstərəcək

Asiya İnkişaf Bankı Azərbaycana bir milyon dollarlıq texniki yardım göstərəcək
Sakura

Asiya İnkişaf Bankı Azərbaycana bir milyon dollarlıq texniki yardım göstərəcək

Asiya İnkişaf Bankı Azərbaycana bir milyon dollarlıq texniki yardım göstərəcək

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) Mərkəzi və Qərbi Asiyada, o cümlədən Azərbaycanda infrastrukturun səmərəli inkişafına yardım etmək məqsədilə inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin mühafizəsi üzrə göstəricilərin yaxşılaşdırılması üçün bir milyon ABŞ dolları dəyərində texniki yardım göstərilməsini təsdiqləyib.

AİB-dən “Trend”ə verilən məlumata görə, texniki yardım çərçivəsində bu regionda konkret sektorlar və layihələr üzrə ətraf mühitin mühafizəsi ilə bağlı potensialın davamlı möhkəmləndirilməsi üzrə strategiya və planın hazırlanması nəzərdə tutulur.

Agentlikləri texniki ekspertiza ilə təmin etmək, habelə layihənin təminatlar sahəsində yüksək hazırlığına nail olmaq və təminatların icrasını gücləndirmək məqsədilə layihəyə beynəlxalq və milli konsultantların cəlb edilməsi planlaşdırılır. Beynəlxalq konsultantların 2023-cü ilin sonunadək cəlb edilməsi planlaşdırılır.

2023, 2024 və 2025-ci illərin üçüncü rübləri ərzində layihələrdə ekoloji təhlükəsizlik tədbirlərinin tətbiqi və monitorinqi üzrə, habelə ekoloji monitorinq üzrə hesabatların hazırlanması üzrə təlim keçiriləcək. Birinci rübdən 2025-ci ilin sonunadək təhlükəsizlik tədbirləri üzrə təlim proqramı, həmçinin icraedici və tətbiq edən agentliklər üçün iş yerində təlim proqramı tətbiq ediləcək.

Bundan başqa, 2024-cü ilin oktyabrınadək əməyin mühafizəsi və təhlükəsizlik texnikası, çirklənmənin qarşısının alınması və əmək şəraiti üzrə qiyimətləndirmələr həyata keçiriləcək.

2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək konkret ölkələr üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası, çirklənmənin qarşısının alınması və əmək şəraiti üzrə təlimatların hazırlanması planlaşdırılır.

Qeyd edək ki, bu vəsaitlər AİB-in xüsusi texniki yardım fondundan ayrılacaq. Layihə üç il müddətinə nəzərdə tutulub və qeyd olunan məbləğin artması ehtimalı istisna edilmir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR