Dərc edildi: Baxış sayı: 490
Aşıq Valeh - Abdulla Canızadənin aşıq Valehə həcvi
Valeh, nə əcəb, zümzümeyi-sövti-xərin var.
Fəxr eylə ki, qanuni-hünərdən xəbərin var.
İncitdi məni acı sözün, tündü nigahın,
Eh nəxli qəbahət, nə bəla təlxi bərin var.
Aldatdı sənin belini basdı hacızadə,
Soncuqlama bundan belə, zəxmi-kəmərin var.
Qərbalə qoyub, arını bazarda satdın.
Sodəgərisən, yaxşıca sodədə sərin var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət