Dərc edildi: Baxış sayı: 535
Aşiq - Ulu-ulu karvan keçmiş
Ulu-ulu karvan keçmiş
Yollar kimi inləyəram.
Qarlı-qarlı dağlar aşan
Sellər kimi inləyərəm.
Ucasmdan ər hayqırmaz,
Sığın keyiki böyüməz.
Quş uçmaz, qulan yüyürməz
Dağlar kimi inləyəram.
Canım qanlığa düşmüş,
Ciyərim qaynayıb daşmış,
Xocasından ayn düşmüş
Qullar kimi inləyərəm.
Xəyalın məndən dolundu,
Ah ilə bağrım dəlindi,
İçindən beyi abndı
Ellər kimi inleyərəm.
Yapıdan düşmüş, pozulmuş,
Top tüfəng vurmuş, əzilmiş,
Kilsələrdə xaç yazılmış
Daşlar kimi inləyərəm.
Miskin Aşıq bilməz nedər,
Övliya qeyrətin güdər.
Sübhə təkin təsbeh edər
Dillər kimi inləyərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət