Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Deyibdir

Aşıq Qurbani - Deyibdir
Sakura

Aşıq Qurbani - Deyibdir

Cәbinin tәcәlla, cәmalın günәş,
Küll şeyün halik – Allah deyibdir.
İki qabe–qövsin, qürrәtüleynin
Bilmәzәm qanıma nә susayıbdır!

Cәbrayıl ki gәldi әrşi-әladan,
Gәldi xәbәr gәtdi lövhi-ülyadan.
Cәmalın şövqinә ta sürәyyadan
Ay şәbxun eylәyib, gün ilğayıbdır.

Sana dostum dedi rәbbülalәmin,
Onun hökmündәdir әrş ilәn zәmin,
Cәbrayıl, Mikayıl, İsrafil, Әmin,
Firiştәlәr qulluğunda nayibdir.

Cәmalın şövqindәn nәzl oldu ayә,
Heç aşiq düşmәsin bu tәmәnnayә,
Mәlәklәr çıxanda ol tamaşayә,
Dedilәr, bu nә nur, nә әcayibdir!

Vilayәt yiyәsi, ey kәrәm kanı,
Dünyavü axirәt darülәmanı,
Qurbani, bәşәrsәn, hәddini tanı,
Mәlaik üzünә durmaq ayıbdır!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR