Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Dədə Yediyarla IV deyişmə

Aşıq Qurbani - Dədə Yediyarla IV deyişmə
Sakura

Aşıq Qurbani - Dədə Yediyarla IV deyişmə

IV deyişmә
D ә d ә Y e d i y a r
Rәf-rәf ilә yeddi bürcdәn keçәrәm,
O necә dәryadı – abi-zәmhәri?
Xitab olub әrşi, kürşü yerişә,
Neçә şeydi bu dünyanın gövhәri?

Q u r b a n i
Rәf-rәf ilә yeddi bürcdәn keçәrәm,
O, elm dәryasıdı – abi-zәmhәri.
Xitab olub әrşi, kürşü yerişә,
Dörd kitabdı bu dünyanın gövhәri.

D ә d ә Y e d i y a r
O nәdir ki, heç bulunmaz çarası?
O nәdir ki, heç sağalmaz yarası?
O kim idi, uzaq düşdü arası,
Torpağa qarışdı müşkü әnbәri?

Q u r b a n i
O – ölümdür, heç bulunmaz çarası,
O – pis dildir, heç sağalmaz yarası,
Şәddad idi, uzaq düşdü arası,
Torpağa qarışdı müşkü әnbәri.

D ә d ә Y e d i y a r
O kim idi, oxur dürrü kәlamı,
O kim idi, kimdәn gәtdi salamı?
O kim idi, әvvәl çaldı qәlәmi?
O kim idi, bu dünyanın lәngәri?

Q u r b a n i
Cәnab әmir oxur dürrü kәlamı,
Cәbrayıldı, haqdan gәtdi salamı,
Vәssәlamin әvvәl çaldı qәlәmi,
Mәhәmmәddi bu dünyanın lәngәri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR