Aşiq olduğunuz zaman həm bədəniniz, həm də duyğularınız aktivləşir. Eşq hər kəsin yaşamaq istədiyi həyat…
Elm adamlarının fikrinə görə, insan aşiq olduğu zaman beyindəki həzz mərkəzi fəaliyyətə başlayır və bu da baş gicəllənməsi, canlanma kimi duyğular yaradır, eyni zamanda ürəyin sürətlənməsinə səbəb olur. Buna görə də həkimlər hər zaman aşiq olmağı məsləhət görürlər.
Fiziki təsirləri
Eşqin bədən üzərində tərləmə, nəmli əllər, həzm problemləri, iştah itkisi, ürək döyüntüsündə sürətlənmə kimi fiziki təsirləri var. Bununla yanaşı dopamin, adrenalin və norepinefrin kimi kimyəvi maddələri artırır və sürətli ürək döyüntülərinə, narahatlığa səbəb olur. Nəticədə eyforiya duyğuları, rahatlıq baş verir və insan bir neçə saniyə əvvəl nə düşündüyünü belə unudur.
Romantik təsir
Sırf aşiq olma simptomları göstərirsiniz deyə bu, aşiq olduğunuz mənasını vermir. “Aşiq olmanın sakitləşdirici bir təsiri var”, – deyən amerikalı alim Richard Moss bildirir ki, insanlar aşiq olduqdan bir müddət sonra ürək sürətləri daha aşağı olmağa meyllənir. Aşiq olmanın yaradıcılıq, güclü və coşğulu olmaq kimi bəzi müsbət təsirləri də var. Amma bu eşq asılılıq halına gəlirsə, duyğular təhlükəli hal ala bilər. Mütəxəssislərin qənaətinə görə, biri olmadan yaşaya bilməyəcəyini hiss edən insanda “münasibət asılılığı” yaranır və bu da romantik olaraq dağıdıcı, tək tərəfli və pis niyyətli bir ruh halıdır.
Yüksək gözləntilər
Yersiz gözləntilər münasibətlərdə xəyal qırıqlığına səbəb olur. Eşqin təsirləri əlçatmaz fantaziyalara motivasiya edə bilər. Oxunan eşq romanları və ya izlənilən romantik komediyalar insanlarda münasibətlərin pozulmasına yol aça bilər. Aşiq olduqdan sonra hər kəs xoşbəxt bir son istəyir. Amma münasibətlərdə imkansız standartlar tutmağa çalışmaq birlikdəliyi məhv edir. Heç kim mükəmməl deyil və sevgilinizin bütün ehtiyaclarınızı qarşılamasını gözləmək məntiqsizdir.
Rasionallaşma
İnsanlar aşiq olduqda münasibətlərin əvvəlində müşahidə edilən xəbərdaredici işarələri görməzdən gəlir. Aşiq olmaq yaxşı hisslər keçirməyə səbəb olan kimyəviləri hərəkətə gətirir. Bu da fərdin düşüncə proseslərini pozaraq, münasibətlərin dəqiq şəklini görməyə maneə yaradır.
Fantaziya
Aşiq olmaq saxta ümidlər və qismətin nə gətirəcəyinə dair həqiqi olmayan düşüncələr yaradır. Bir münasibətin taleyini əvvəlcədən müəyyən etməyə cəhd göstərmək düzgün deyil. Bu, münasibəti zorla davam etdirməyə səbəb ola bilər. Bəzi insanlar romantik romanları əylənmək üçün oxusa da, bəziləri gərəyindən çox ciddi qəbul edir və “sonsuza qədər xoşbəxt yaşadılar” hissəsinə xüsusilə heyran qalır. “Time” jurnalının araşdırmasına əsasən, 51 milyon amerikalı bu romanları oxuyaraq həqiqi olmayan inanclarla münasibətlərə başlayır.
Mənbə: Gencaile.az
Maraqlıdır:
[haber=934]
[haber=921]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət