Aşiq olanlar niyə kökəlir? – Alman alimləri cavab verir
Almanlar sevgi ilə bağlı deyimə elmi tərəfdən yanaşıblar. Müəyyənləşdirməyə çalışıblar ki, doğrudanmı ürəyə yol mədədən keçir?
Bizimyol.info xəbər verir ki, araşdırmanın nəticələri Almaniyanın məşhur “Der Spiegel” jurnalında nəşr olunub.
Axı başqa bir deyim də var ki, sevən insanlar adi hava ilə də qidalanıb doya bilirlər. Sevən insanlarda feniletilamin hormonu daha çox olur ki, bu da iştahın qarşısını alır.
Uzunmüddətli münasibətlərdə isə hər şey başqa cür görünür: araşdırmalar göstərib ki, yeni münasibətə başlayanlar tənhalarla müqayisədə daha çəkili olurlar. Çoxdan harmonik münasibətdə olanlar isə öz partnyoru ilə problem yaşayanlardan daha yaxşı görünürlər.
“Ola bilər ki, bu, xoşbəxt münasibətlərdə rəqabətin azalmasıyla bağlıdır. Sevəndə orqanizmin fəaliyyəti həm də cinsi hormonlarla – testosteron və estrogenlə tənzimlənir. Onlar əsasən, stressin təsirilə önə çıxaraq, bizim mədə-bağırsaq sistemimizi qıcıqlandırmağa başlayır. Partnyora baxanda xoşbəxtlik hormonları ilə birlikdə adrenalin vurulmaq hissini yaradır”,- Regensburq universiteti klinikasının ekspertləri bu fikirdədir.
Sevginin gözü kordurmu? Regensburq universitetinin psixosomatik təbabət şöbəsinin rəhbəri Tomas Lev deyir ki, vurulmaq hissi beyində dofamin sayəsində yaranır. İnsan əşyaların müəyyən düzülüşünün doğruluğuna əmin olanda heç bir arqumentə ehtiyac duymur. Belə hal məhz sevginin yaranması dövründə müşahidə olunur. Təxminən altı həftə belə davam edir. “Sevdiyiniz adamın səhvlərini görə bilmirsiniz” – məqalədə belə yazılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət