Aşıq Nəcəf Əlimərdanlı - Azərbaycanlı aşıq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov) — Azərbaycanlı aşıq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939).
Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə (1905-ci ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur
Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb
Bir şeirlər kitabı nəşr edilib. AYB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndə seçilib.
1942-ci il yanvar ayının əvvəllərində hərbi səfərbərliyə alınmış, 26–cı atıcı alayının tərkibində cəbhəyə getmiş və cəbhədə qəhrəmanlıqla döyüşmüşdür. O bu döyüşlərdə sağ gözünü itirib.
1946-cı ildə vəfat edib. Məzarı doğma kəndindədir.
Qoşmaları:
Ay gözəl-gözəl
Dünyada
Həmişə
Qocalmışam
Yetir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət