Dərc edildi: Baxış sayı: 594
Aşıq Musa - Dağlar (Mən gedirəm, halallaşaq, ayrılaq)
Mən gedirəm, halallaşaq, ayrılaq,
Görmüşəm sizlərdə vəfanı, dağlar!
Gəzdim, gəşt elədim çəməngahını,
Sürdüm çox zövq ilə səfanı, dağlar!
Üç ay köysünüzdə yaylayır ellər,
Oxuyur kəkliklər, ötür bülbüllər.
Açılır min cürə ətirli güllər,
Xəstə burda tapar şəfanı, dağlar!
Musanın qürbətə bu gedən çağı,
Göründü gözünə Çalmalı dağı.
Gözəllər yığnağı Sandıq bulağı,
İçənin bal dadır dahanı, dağlar!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət