Dərc edildi: Baxış sayı: 448
Aşıq Molla İsmayıl - Bu axar suların sonası gəlin
Qaşlan qaradır, gözləri xumar,
Darayıb tellərin, veribdi tumar,
Xudam yaradıbdı hamısın təyyar,
Açılan baharın lalası gəlin,
Bu axar suların sonası gəlin.
Qaşları qaradır, gözləri xumar,
Kipriyi neştərdi, adamı çalar,
Ərinin oxşarı elə bil himar,
Cəmi dünya malı bahası gəlin,
Bu axar suların sonası gəlin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət