Dərc edildi: Baxış sayı: 556
Aşıq Mirzə Bilal - Var
Ürəyimiz çiçəklənir,
Elin əcəb cəlalı var.
İndi bizim insanların
Nə dərdi, nə məlalı var.
Nələr görür bu gün gözüm,
Çalxan, ey ilham dənizim,
Gülür könlüm, sazım, sözüm,
Nə sorğu, nə sualı var.
Yoxdu izi intizarın,
Getdi dövrü boran, qarın,
Şən ellərin, obaların,
Dastan deyən Bilalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət