Dərc edildi: Baxış sayı: 654
Aşıq Mirzə Bilal - Qurban
Xumar gözə vermə cəfa,
Axan göz yaşına qurban.
Ürəyimi salma xofa,
Yar, qələm qaşına qurban.
Dodağını büzmə belə,
Əlin məndən üzmə belə.
Dövran sürək, deyə-gülə,
Ceyran duruşuna qurban.
Məmmədhüseynin tacidarı,
Malı, mülkü, dövlət-varı.
İncə qədəm verib tarı,
Yeri, yerişinə qurban.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət