Dərc edildi: Baxış sayı: 631
Aşıq Mirzə Bilal - Öldürdü
Məni bir qələm qaşlının
Nazı öldürdü-öldurdü.
Çiyni xurmayı saçlının
Sözü öldürdü-öldürdü.
Ağ əllərə hana yaxdı,
Zülfünü boynuma taxdı,
Naz eləyib mənə baxdı,
Gözü öldürdü-öldürdü.
Yar başına dolanmazdım,
Eşq oduna qalanmazdım,
Əğyar olsaydı yanmazdım
Özü öldürdü-öldürdü.
Dəryalarda olar ada,
Mənə gəlsin yardan qada,
Bilalı yar, bir də bada,
Düzu öldürdü-öldürdü,
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət