Dərc edildi: Baxış sayı: 506
Aşıq İslam - Bağlıdı
Səng içində cüt şirin quş,
Onlar döş-döşə bağlıdı.
Bir şəhərə iki dərya bağlanıb,
Quşnan baş-başa bağlıdı.
Qırх nədi bu dünyada,
Altısı qələm çalır;
Beş nə deməkdi,
Beş də beşə bağlıdı.
Hansı dəryada səng var,
Səngin içində nə?
Nə yeyər, nə deyər,
Nə rəngin içində nə?
Nə ayağında, ay arif,
Nə təngin içində nə?
Hansı dəryada çarх hərlənir,
Harda daş-daşa bağlıdı?
Ay arifəm — deyənlər,
İslamın azarı nədəndi;
Bir məqama səbər eylədi,
Düşdü güzarı nədəndi.
Qapısız, aynasız хanə gördüm,
Onun açarı nədəndi;
Sirdaş oldum bir işə,
İş də işə bağlıdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət