Dərc edildi: Baxış sayı: 464
Aşıq Hüseyn Şəmkirli - Yüz olu
Mərd igidlər vətənində gürz olu,
Həmdəmsiz kəslərin dərdi yüz olu,
Qoç igidə onda ölüm fərz olu,
Desələr yar əlin verib yad ələ.
Qohum gərək qohum üstə hovlaya,
Qardaş gərək qardaş qanm dovlaya,
Ovçu yoxdu bu maralı ovlaya,
Otlar, otlar, aşar gedər yad elə.
Aləm bilir sən Hüseynin gözüsən,
Yaxşı saxla yaşmaq altda sözü sən,
Necə qoydun sinəm üstə közü sən,
Demirsənmi ya yandıra, ya dələ.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət