Dərc edildi: Baxış sayı: 579
Aşıq Hüseyn Şəmkirli - Üstünə
Nazlı yarın gül yanağı,
Yaraşıbdı xal üstünə.
İnçə beldə gümüş kəmər,
Düzülübdü pul üstünə.
Gördün ki, yarın yar deyil,
Tərkinn qılmaq ar deyil,
Gen dünya sana dar deyil.
Get birini al ustünə.
Hüseyn ağlar zarı-zarı,
Getməz könlünün qubarı,
İtirmişəm nazlı yarrı,
Durum çıxım yol üstünə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət