Dərc edildi: Baxış sayı: 517
Aşıq Hüseyn Şəmkirli - Qarı ilə deyişmə
Aşıq Hüseyn
Sənə qurban olum nənə,
De görüm nə xəbərin var?
Reyhandan nə gətirmisən?
De görüm nə xəbərin var?
Qarı
Sənə qurban olum oğul,
Reyhanı mən qorxutmuşam,
Tərifini car eyləyib,
Ürəyini ürkütmüşəm.
Aşıq Hüseyn
Özü məndən söz açdımı?
Əli ələ dolaşdımı?
Yoxsa sənlə dalaşdımı?
De görüm nə xəbərin var?
Qarı
Mətəl qalma gəl bu işə,
Düşmə bir özgə təşvişə,
Poladı çaxmışam daşa,
Dörd bir yanm bərkitmişəm.
Aşıq Hüseyn
Aşıq Hüseyn əcəm elli,
Reyhan əcəb şirin dilli,
Tuba qamət, incə belli,
De görüm nə xəbərin var?
Qarı
Nə deyirsən mənə, nənə?
Cahan qurban olsun sənə,
Bircə müjdə ver sən mənə,
İşini möhkəmlətmişəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət