Dərc edildi: Baxış sayı: 641
Aşıq Hüseyn Şəmkirli - Olar
Hər yetən gözələ gözəl demərəm,
Gözələ özgə bir əlamət olar.
Zülf dağılar, çin-çin düşər gərdənə,
Qaşınnan, gözünnən işarət olar.
Əl dəyəndə fəryad edər nimtənə,
Tel tökülər, üzü dönər gülşənə,
Sərəndazı başdan salar gərdənə,
Görünsə məmələr qiyamət olar.
Hüseynin butası tərlan cilvəli,
Bir şirin ədalı, bir naz-qəmzəli,
Hər kəsin olarsa belə dilbəri,
Bu dünya qəmindən salamat olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət