Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Hüseyn Şəmkirli - Mollalar

Aşıq Hüseyn Şəmkirli - Mollalar
Sakura

Aşıq Hüseyn Şəmkirli - Mollalar

Bilmirəm nə istəyir bizdən ruhani mollalar,
Miras paltarları geyib, artırır şanı mollalar,
Beş şahı pul görəndə, satır imanı mollalar,
Talayıb xalqı çapıb, sürür dövranı mollalar.

Harda bir gözəl görür, dostluq qatır, al eləyir, 
Tellərinə cadu yazır, özünə tez mal eləyir,
Səqirlərin var-yoxunu çəkib çalhaçal eləyir,
Haraya yönü düşsə, yıxır oranı mollalar.

Hər kimin müşkülü var, mollaya tərəf yol alır, 
Molla görür nəzir yoxdu, onu məlul yola salır, 
Sələminə pul götürüb o biçarə bir də gəlir, 
Toplayıb rüşvət yeyər, eylər tufanı mollalar.

Doğrusu, bu mollalar bu dünyanı qarışdırır,
Arpaya ism oxuyub, divarlara yerişdirir,
Ocağa nal basdırıb, zinakarlar barışdırır,
Yazır kaftar dərisin, bir-birilə görüşdürür,
Mən sirr açan deyiləm, qatır hər yanı mollalar.

Küpəyə tilsim düzmək, bilməm nə işdi, camahat, 
Sərçənin qanm gəzməz, bilməm nə işdi, camahat, 
Hophop ilə dua yazmaq, bilməm nə işdi, camahat, 
Nə qədər xalqı soyur, heç olmur qani mollalar,

Bizlərdə bir molla var, sehr edir, əfsanə yazır,
Göy göyərçinin qanın tökür qələmdana, yazır, 
Arvadlara saç gətirdir, eləyir divanə, yazır,
Eybin elə yayaram, məni bir tanı, mollalar.

Ağ başlı şeytan mollalar, gərək mənlə düz dolana, 
Sataşmaya göhərkana, dura üzbəüz dolana,
Oturalar məclisimdə, ortalıqda söz dolana,
Mənimlə düz dolana, qurtara canı mollalar.

Şəmkirli Aşıq Söyünəm, bilin, taqsır yoxdu məndə, 
Gərəkdi ki, sataşmasm, molla olan dərdi məndə, 
Yetmiş beş mollanm başı üyünər bir dəyirmanda, 
Söylərəm, əməllərin tutsun dünyanı, mollalar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR