Dərc edildi: Baxış sayı: 557
Aşıq Hüseyn Şəmkirli - Fatmanın
Başına döndüyüm ay duran canlar,
Gör necə siyahdı teli, Fatmanın.
Bədirlənmiş aya bənzər camalı,
Düzülüb üzünə xalı Fatmanm.
Duruşu tovuzdu, baxışı tərlan,
Sərində bəzəyi, qəmzələri qan,
Canmı yolunda edəsən qurban,
Gör necə göyçəkdi alı Fatmanm.
Geymişdi əyninə yaşıldan, aldan,
Ləbləri qönçədan, yanağı güldan,
Zənəxdan çövrəsi düzülüb xaldan,
Axır ləblərinin balı Fatmanm.
Özünə bərabər olurmu yarı,
Murazmı versin pərvərdiyarı,
Qolunda qolbağı, qızıl qatarı,
Heyif, heyif, yoxdu ləli Fatmanm.
Aşıq Söyünü tez yada salmağı,
Yaxşı olur qərib könlün almağı,
Xubların toyunda mehman olmağı,
Qədəmi mübarək olu Fatmanm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət