Dərc edildi: Baxış sayı: 507
Aşıq Hüseyn Bozalqanlı - Düşmüşəm
Qirxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm,
Arif məclisində, alim yanında,
Neçə dəfə imtahana düşmüşəm.
Bir zaman əlimde zil bəm saz oldu,
Gözətlər mənimlə üzbə-üz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una dönmüşəm.
Özüm aşiq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışan təşbeh misalda,
Hüseyn deyər, həmən günə düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət