Dərc edildi: Baxış sayı: 525
Aşıq Heydər - Yaz havası
Mələşir qoyun-quzular,
Gələn yazın havasından.
Bilinir ki, “Dübeyti”dir,
Telli sazın avazından.
Dayçalar oynar, qapışar,
İnsan torpaqla tapışar,
Cütün məcindən yapışar,
Cütçü çıxıb yuvasından.
Dəlilənən sellər-sular,
Bulanıq axar, durular,
Heydər ellərdən sorular.
Ağbabadan, obasından.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət