Dərc edildi: Baxış sayı: 348
Aşıq Heydər - Var
Dediyini yaxşı qandım,
Hər yerin pələngi var,
Kiminin yaxşı sifəti,
Kiminin bəd rəngi var;
Yaxşı-pislə qoşa gedər,
Bu dünyada yan-yana
Tula ayrı, köpək ayrı,
Bir də maşqı, şəngi var.
Mərdə tanrı hər şey verib,
Bilirsən bunu sən də,
Sözlərimə sən baxırsan,
Batıb noğula, qəndə;
Mən də sözün aşiqiyəm
Niyə durum ki, gendə
Güləşmirəm, deyişirəm
Sözün də bir səngi var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət