Dərc edildi: Baxış sayı: 582
Aşıq Heydər - Ay ağa
Dindirməyin halı müşgül olmuşam,
Fələk məni başdan salıb ayağa.
Sevda sinəm üstə vurub səd yara,
İlim bir qərinə, gün olub ay, ağa.
Hicran dağı çəkib yala hasarı,
Gurum - gurum, yaraları ha sarı.
Görəydim mah camalını ha sarı,
Bircə dəfə üz sürtəydim ayağa.
Xumarlanıb sərxoş baxma bu yana,
Sərkərdən gəzirəm mən yana - yana.
Biçarə Heydəri az danla, yana,
Salma məni nəzərindən, ay ağa!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət