Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Axtarın məni

Aşıq Heydər - Axtarın məni
Sakura

Aşıq Heydər - Axtarın məni

                Siz məni özümdən xəbər almayın,
                Gördüyün ellərdə axtarın məni.
                Məqribdən məşriqə gedən yollarda, 
                Çaylarda, sellərdə axtarın məni.
                     
                Qadasın aldığım, bəri gəl, bəri,
                Silinsin könlümün qalmasın səri.
                Açılanda qızıl gülün lənbəri,
                Süsən - sünbüllərdə axtarın məni. 
                        
                Qıpqırmızı olub könlümün sacı,
                Üstünə yazılıbdı dərdin əlacı.
                Aç yaxam düyməsin başımın tacı,
                Bu əsən yellərdə axtarın məni. 
         
                Pöhrə verib qızıl gülün toxumu,
                Gecələr tapmışam sirin yuxumu.
                Şeyda bülbüllərdən alın qoxumu, 
                O tuti dillərdə axtarın məni.
                   
                Hərdən bu dağlarda, hərdən aranda,
                Hərdən sis dumanda, hərdən boranda, 
                Kimsə yada salıb məni soranda,
                Laləli çöllərdə axtarın məni.
                 
                Eşqin ışığında yazdım yaratdım,
                Könlümdə bir gözəl daim yaşatdım.
                Axırda sevdamın gölündə batdım.
                Gedin o göllərdə axtarın mənı.
                     
                Mən Aşıq Heydərəm, gəlmişəm cuşa,
                Məndən salam olsun dosta – tanışa. 
                Adım yazılanda bir cansız daşa,
                Mənalı illərdə axtarın məni. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR