Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsi

Aşıq Heydər - Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsi
Sakura

Aşıq Heydər - Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsi

Aşıq Heydər:
Bulaq üstə duran qızlar,
Xəbər verin ellərimnən!
Suzuxmuşam su istərəm,
Tər xınalı əllərinnən.

Şikəstə Pəri:
Bizlər su vermərik yada,
İlqar - iman gedər bada.
Gözəlləri salma oda,
Su iç qalma yolunnan.

Aşıq Heydər:
Əslim Türkdü, mən danmaram,
Canım odlara salmaram.
Belə bulaqdan qalmaram,
Xəbər verin ellərimnən.

Şikəstə Pəri:
Babamın ismi Piridi,
Babam bu yerin nəridi.
Ölməyib hələ diridi,
Su iç qalma yolunnan.

Aşıq Heydər:
Nər oğlu, nərin biriyəm,
Ağ sinən üstə çürüyəm,
Baban ölə mən sürüyəm,
Xəbər verin ellərimnən. 
  
Şikəstə Pəri:
Eşqin dərindi dəryası,
Pərin ölüb al qisası.
Az danış, zalım balası,
Su iç qalma yolunnan.

Aşıq Heydər:
Tapmışam qəm – kədəri,
Dağılıb könlüm şəhəri,
İncitmə Aşıq Heydəri,
Xəbər verin ellərimnən.

Qızlar bulaq başından gedəndən sonra Aşıq Heydər qəlyanına siqar doldurub bir-iki qurtum sinəsinə çəkir. Sonra arxası üstə uzanaıb səmaya baxa - baxa deyir:

Bir bulaq başında maralı gördüm,
Ağlımı başımdan apardı getdi.
Sözləri ox oldu, keçdi sinəmdən,
Könlümü sinəmdən qopardı getdi.

Bir sular sonası çıxdı qarşıma,
Bir nəhəng ildırım çaxdı başıma.
Fələk məni çırpdı əhlət daşına,
Gözlərim qaraldı, o vardı getdi.

Gözəllər gözəli Borçalı qızı,
Qövr edən yarama, gəl basma duzu.
Qaranlıq səmanın Zöhrə ulduzu,
Bütün varlığımı o yardı getdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR